Güləş üzrə Azərbaycan millisi Qazaxıstanda təlim-məşq toplanışına başlayıb
Bakı, 22 fevral , AZƏRTAC
Yunan-Roma güləşi üzrə 20 yaşadək gənclərdən ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına başlayıb.
Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edirlər.
Komanda hazırlıq prosesini başa vurduqdan sonra martın 11-13 Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]