Günay Məmmədzadə Cəbəllütariq Qran-Prisində dünya çempionu ilə qarşılaşacaq
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin dördüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə keçmiş dünya çempionu, Ukrayna təmsilçisi Mariya Muzıçuk ilə görüşəcək.
Qeyd edək ki, ötən turlarda 2 heç-heçə, 1 qələbəyə nail olan şahmatçımız liderdən cəmi yarım xal geri qalıb. O, hazırda 2 xalla 3-5-ci yerləri bölüşür.
Turun digər oyunlarında rusiyalı şahmatçılar Katerina Laqno bolqarıstanlı Antoaneta Stefanova, Valentina Qunina ukraynalı Anna Muzıçuk, Alina Kaşlinskaya Qazaxıstan şahmatçısı Dinara Saduakassova ilə üz-üzə gələcəklə. Rumıniyalı İrina Bulmaqa Qazaxıstanın digər təmsilçisi Jansaya Abdumalik, gürcüstanlı Nana Dzaqnidze almaniyalı Elisabet Paets ilə qarşılaşacaqlar.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]