Günəş tutulmasından fərqli görüntülər - FOTOLAR
Bakı, 13 avqust, AZƏRTAC
Avqustun 12-də dünyanın müxtəlif ölkələrində Günəş tutulması müşahidə olunub. Təbiət hadisəsi Bakı vaxtı ilə saat 19:34-dən 23:57-dək davam edib.
AZƏRTAC xəbər verir ki, tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib. Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib.
Yerin peykinin görünən diametri Günəşin görünən diametrindən 1,0386 dəfə böyük olduğundan, Ay Günəşi tamamilə örtüb.
Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.
Tutulmanın ən maraqlı görüntüləri fotoreportajda təqdim olunur.