GÜRCÜSTAN ALMANİYAYA BORCUNU 10 İL MÜDDƏTİNƏ ÖDƏYƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın maliyyə naziri Aleksi Aleksişvili Almaniyanın Tbilisidəki səfiri ilə iki ölkə arasında borcların müddətinin uzadılmasına dair müqavilə imzalamışlar.
Nazirliyin ictimaiyyətlə əlaqə xidmətindən verilən məlumata görə, Gürcüstanın Almaniyaya borcu 1,4 milyon avro təşkil edir. Müqaviləyə müvafiq olaraq, borcun ödənilməsi müddəti 2016-cı ilədək uzadılmışdır.