Gürcüstan hökuməti elektrik enerjisi istehsalını artırmaq niyyətindədir
Tbilisi, 17 noyabr, AZƏRTAC
Gürcüstanda cari ildə ümumi gücü 27,47 meqavat olan 6 yeni su elektrik stansiyası (SES) istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ilin sonuna qədər ümumi quraşdırılmış gücü 3,72 meqavat olan daha 3 SES-in istismara verilməsi planlaşdırılır.
Hökumət bununla ölkənin elektrik enerjisinə olan tələbatını yerli resurslar hesabına ödəmək və xarici bazarlardan asılılığı azaltmaq niyyətindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]