Gürcüstan ictimaiyyəti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı məlumatlandırılır
Tbilisi, 7 aprel, AZƏRTAC
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyət Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
Gürcüstanın elektron və ənənəvi informasiya vasitələrində, televiziya kanallarında Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynin cəbhə xəttində baş vermiş hadisələrlə bağlı müsahibələri yayılıb. Səfir ermənilərin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq işğalı davam etdirməsi, atəşkəs rejimini pozması və bunun nəticəsində hərbçilərimizin və dinc əhalinin qətlə yetirilməsi, yaşayış binaları, məktəb və digər infrastrukturun dağıdılması, buna baxmayaraq Azərbaycan dövlətinin sülhün tərəfində olması, sülhsevər siyasət yürütməsi barədə oxuculara geniş məlumat verib.
Eyni zamanda, səfirliyin bu məsələlərlə bağlı bəyanatı da gürcü mətbuatında geniş işıqlandırılıb.
Bundan başqa, səfirliyin feysbuk səhifəsində (www.facebook.com/azembassy.ge/?fref=ts) Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışları, Xarici İşlər və Müdafiə nazirliklərinin məlumatları, dünyanın nüfuzlu media qurumlarında yayımlanan materiallar da paylaşılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]