Gürcüstan iyunun 1-dən quru sərhədlərini açır
Tbilisi, 25 may, AZƏRTAC
Gürcüstan iyunun 1-dən quru sərhədlərini açır.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Hökumətinin Dövlət İdarələrarası Koordinasiya Şurası bu barədə qərar qəbul edib.
Qərara əsasən, Gürcüstan iyunun 1-dən quru sərhədlərini açacaq.
Dövlət İdarələrarası Koordinasiya Şurasının əməliyyat heyətinin rəhbəri Qiorqi Gibradze bildirib ki, sərhədi keçmək tam peyvəndləmə sertifikatı, yaxud son 72 saat ərzində verilmiş və nəticəsi neqativ olan koronavirus testi ilə bağlı arayış sayəsində mümkün olacaq. “Gürcüstana daxil olan şəxslərin koronavirus testini növbəti 72 saat ərzində yenidən verməsi tələb olunacaq. Bütün ziyarətçilərə COVID-lə əlaqəli hadisələri də əhatə edən tibbi sığortaya malik olmaq tövsiyə edilir”, - deyə Gibradze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]