GÜRCÜSTAN MÜSƏLMANLARI “DA VİNÇİNİN KODU” FİLMİNİN GÖSTƏRİLMƏSİNİN ƏLEYHİNƏDİRLƏR
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi axund Əli Əliyevin Tbilisidə yayılmış bəyanatında bildirilir ki, bu filmin göstərilməsi həm bütün Kilsənin, həm də hər bir dindarın təhqir edilməsi deməkdir. İsa Məsih müsəlmanlar üçün də böyük peyğəmbərdir, Quranda o, Məryəm Ana ilə birlikdə tanınmışdır.
Bəyanatda deyilir: “İctimaiyyət bu yaxınlarda müsəlmanların şərəf və ləyaqətinə toxunmuş karikaturaların dərc olunması ilə əlaqədar necə bir vəziyyət yarandığını yaxşı xatırlayır. Belə bir fakt dərin təşviş doğurur ki, din barəsində küfr eyni cür xarakter almışdır. Lakin eyni zamanda, belə bir fakt fərəh doğurur ki, dini liderlər bu qətiyyən yolverilməz və mənfi hala qarşı mübarizədə həmrəydirlər”.
Axund Əli nəzərə çarpdırır ki, söz və dini etiqad azadlığı demokratiyanın nailiyyətləridir və bu iki dəyəri tərəzinin müxtəlif gözlərinə qoyaraq, birinə digərinin xeyrinə etinasızlıq göstərmək olmaz.
Din xadimi “Da Vinçinin kodu” filminin nümayiş etdirildiyi “Rustaveli” kinoteatrının rəhbərliyini onun göstərilməsini dərhal dayandırmağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]