Gürcüstan polisi qara bazarda dəyəri üç milyon lari olan narkotik maddəni müsadirə edib
Tbilisi, 17 yanvar, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisinin Acarıstan Baş İdarəsinin əməkdaşları xüsusi əməliyyat nəticəsində altı kiloqrama qədər "Metadon" narkotik maddəsi müsadirə ediblər. Bu narkotik maddənin qara bazarda qiyməti üç milyon lariyə qədərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, Belarus Respublikasının iki vətəndaşı xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınmasına, saxlanmasına və satışına kömək etmək ittihamı ilə həbs edilib.
İstintaq nəticəsində polis narkotik maddələrin qablaşdırılması üçün lazım olan materialları da müsadirə edib.
Faktla bağlı araşdırma aparılır, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]