Gürcüstan polisi sərhədi pozmağa cəhd edən 5 nəfəri saxlayıb
Tbilisi, 5 dekabr, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Sərhəd Polisi Ermənistan-Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd edən 5 nəfəri yaxalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilir ki, həmin şəxslər sərhəd sektorunun mühafizə olunan “Ququti”, “Sadaxlo” və “Vale” bölmələrində saxlanılıblar. İstintaq müəyyən edib ki, saxlanılan şəxslər A.V. və H.S. qrup halında Gürcüstan-Ermənistan dövlət sərhədini keçməyə cəhd ediblər.
Sərhəd Polisinin bəyanatında bildirilir ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.
Saxlanılan şəxsləri törətdikləri cinayətə görə 5 ilə qədər həbs cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]