Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN ÇIXIŞI

- Mən ilk öncə, cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. O, bizim dostumuz, qardaşımızdır və ölkəmizə gəlib, Tbilisi şəhərində bu yeni hava limanının açılışında çox xoş, səmimi sözlər dedi. Bu, bizim Gürcüstanın yeni bir simasıdır və İlham Əliyev hər zaman bizə yaxın olubdur. Bu gün o, bizim bir nömrəli sərnişinimiz olaraq, yeni hava limanından öz Vətəninə yola düşəcəkdir.
Biz bu gün bir çox siyasi bəyanatlar verdik. Lakin mən şəxsi həyatımdan bir əhvalatı söyləmək istəyirəm. Mən gənc olanda təhsil almaq üçün Gürcüstandan Ukraynaya getdim. Orada özümü çox yaxşı hiss edirdim. Bu, 1980-ci illərin axırı, 1990-cı illərin əvvəlləri idi. Mənim yadımdadır, haraya gedirdimsə, yerindən, milli mənsubiyyətindən asılı olmayaraq, yaxşı qarşılayırdılar. O vaxtlar Tbilisiyə gəlib-gedəndə nənəm, babam məni hava limanında qarşılayırdılar, yola salırdılar. Gənclik vaxtlarında hava limanında qarşılanmaq, bu qapılardan keçmək maraqlı və yaxşı hisslər idi. O vaxtlar biz Tbilisidən bir çox istiqamətlərə gedirdik və əcnəbilərin sayı da çox az idi. Onlar bəzən bizə deyirdilər, əminsinizmi ki, nə vaxtsa təyyarəniz özünüzün hava limanına enəcəkdir. Hətta iki il bundan əvvəl belə bir hava limanının olacağına əcnəbilər şübhə edirdilər. Bizim keçmişimiz çox çətin, məşəqqətli faktlarla dolu idi. Lakin indi biz çox gözəl, işıqlı yeni binada bir yerə yığışmışıq.
Mənim yadımdadır ki, həyat yoldaşımla Tbilisiyə gələndə, təyyarənin enməsi prosesi çox çətin idi. Siz də bilirsiniz, mənim dostlarım da bilirlər ki, vaxtilə biz ölkəmizin daxilində də hava uçuşlarını yerinə yetirirdik. Biz hər zaman görürdük ki, onlar yüksək səviyyədə deyil və standartlara cavab vermirdi. İnsanların, vətəndaşların bu xidmətlərdən qəm-qüssə, kədərlə istifadə etdiyini görürdük. İndi isə mən burada böyük dəyişikliyin şahidi oluram.
Mən belə bir söhbəti də eşitmişəm. Bir gün Parisə səfər etmişdim və mənə dedilər ki, siz belə bir gözəl yerə gəlmisiniz. Siz haradan gəlmisiniz, sizin ölkəniz haqqında məlumatımız yoxdur. Mən çox təəccüblənərək, onlara öz ölkəm haqqında danışdım. Amma gördüm ki, hələ bizim ölkəmiz lazımınca təqdim olunmayıbdır. Sonralar mənim əcnəbi dostlarım Tbilisiyə gəlib görəndə təəccübləndilər ki, bura həqiqətənmi Tbilisidir, nə qədər dəyişikliklər baş veribdir. İndi siz görürsünüz ki, bu gün biz yeni bir hava limanına yığışmışıq və burada yeni nailiyyətimizi qeyd edirik. Ona görə mən onlara demişdim, siz elə hesab etməyin ki, biz irəliyə doğru getməyəcəyik. Biz irəliyə doğru gedəcəyik, hətta bunu çox qısa müddət ərzində edəcəyik. Bəzi insanlar bunlara o qədər də etimadla yanaşmırdılar. Lakin indi onlar buna inamla yanaşırlar.
Bizim ölkəmizdə baş verən proseslər, yaranan ənənələr olduqca vacibdir. Biz buradan Münxen, Brüssel, Köln, Paris istiqamətlərinə uçuşları yerinə yetirəcəyik. Sizə deyərdim ki, bu hava limanı Münxen hava limanından daha yaxşıdır. Biz bununla kifayətlənməli deyilik və Tbilisinin beynəlxalq hava limanından yüksək standartlara uyğun istifadə etməliyik. Ona görə hesab edirəm ki, görülən işlər ən yüksək səviyyəyə cavab verir və həyatımızı yaxşılaşdırır.
Bu gün biz dostum İlhamla Mərkəzi universitet klinikası ilə tanış olduq. Orada yeniləşmə işləri aparılır. Lakin biz bununla kifayətlənməyəcəyik, daha yeni, müasir işlərin görülməsinə nail olacağıq. Bu işləri görməklə bərabər, insanlar elə hesab etməsinlər ki, ölkə iki il ərzində tam yeniləşə bilər. Bu iki il ərzində əldə etdiyimiz nailiyyətlər gələcəkdə də davam etdiriləcək və bu, Gürcüstanın hər bir əyalətinə də şamil olunacaqdır. Elə bir gün gələcək ki, Gürcüstanın hər bir yeri elektrik enerjisi ilə təmin olunacaqdır. Bizim xəstəxana tikintisi ilə bağlı yeni layihələrimiz var və onlar həyata keçiriləcək, mühüm rayonlarda xəstəxanalar tikiləcəkdir. Daha sonra məktəblər də tikiləcəkdir. Bizim bununla bağlı bir layihəmiz var və o, gələn il başa çatdırılacaqdır.
Gürcüstan son üç il ərzində doğumun sayına görə öndə gedən bir ölkəyə çevrilibdir. Bu da müsbət bir haldır. Mən özüm də şəxsən bu işə töhfə verdim. Ona görə, sizdən xahiş edirəm ki, hamı məndən nümunə götürsün, əhalinin artımına öz töhfəsini versin.
Mən demək istəyirəm ki, bizim gürcüstanlı həmvətənlərimiz, hansı ki, bu gün xaricdə yaşayırlar, onların bir çoxu bu gün dünyaya açılan yeni bir Gürcüstanda yaşamaq məqsədi ilə qayıdırlar. Artıq 60-70 min həmyerlimiz ölkəmizə qayıtmışdır. Siz sadəcə, Gürcüstana gəlməlisiniz. Bizim bütün sektorlarda mütəxəssislərə ehtiyacımız var.
Mən xüsusi olaraq TAV şirkətinin rəhbərliyinə, işçilərinə öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar, sözün əsl mənasında, çox valehedici, təsiredici bir iş görmüşlər. Onların fəaliyyəti üçün burada yaxşı şərait yaradılmışdır. Bizim yeni mütəxəssislərə ehtiyacımız var. Bu gün ölkəmizdə o qədər də təcrübəli inşaatçı, kifayət qədər mütəxəssis yoxdur. Hazırda ölkəmizə yüksək texnologiyalar gətirilir, avadanlıq quraşdırılır. Ölkəmizi tərk etmiş mütəxəssislər digər ölkələrdə çalışırlar. Mən onlara demək istəyirəm ki, Gürcüstana qayıdış prosesi çox böyük uğurlar gətirmişdir və siz də bu işlərə yüksək ruhla qoşulmalısınız, bu proseslərdə iştirak etməlisiniz.
Sonda demək istəyirəm ki, Tbilisi hava limanı hamınızın üzünə açıq olacaq və sizi daim qarşılayacaqdır. Biz bu gün Gürcüstanın, ölkəmizin gələcəyindən fəxrlə danışa bilərik və yeni hava limanının açılışını fərəh hissi ilə qeyd edirik. Çox sağ olun.
X X X
Beynəlxalq hava limanının açılışını bildirən lenti kəsən prezidentlər və Baş nazir müasir üslubda tikilmiş, hər bir şərait yaradılmış, Avropa standartlarına uyğun aerovağzal binası ilə tanış oldular.
Burada incəsənət ustalarının iştirakı ilə konsert verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq