Gürcüstan Türkiyə ilə Ukraynaya müntəzəm aviareysləri bərpa edir
Tbilisi, 28 yanvar, AZƏRTAC
Gürcüstan fevralın 4-dən Türkiyə ilə Ukraynaya müntəzəm aviareysləri bərpa edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ş.Rustaveli adına Tbilisi beynəlxalq hava limanın məlumat yayıb.
Bildirilir ki, fevralın 4-dən Gürcüstan ilə Türkiyə arasında Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin həyata keçirilməsinə başlanılacaq. Reysləri “Pegasus Airlines” aviaşirkəti həftədə 5 dəfə yerinə yetirəcək. Mart ayından isə uçuşların gündəlik həyata keçirilməsi planlaşdırılır.
Gürcüstan ilə Ukrayna arasında aviauçuşları Ukraynanın “SkyUp Airlines” şirkəti də həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqaməti üzrə həyata keçirəcək.
Qeyd edək ki, Gürcüstan fevralın 1-dən beynəlxalq aviauçuşların həyata keçirilməsinə icazə verib. Amma hələlik bu icazə, ilk növbədə, Avropa İttifaqına üzv dövlətlərin, İsrail və Körfəz ölkələrinin vətəndaşlarına tətbiq olunacaq.
Məlumat üçün bildirək ki, Gürcüstan 2020-ci ilin mart ayından bütün beynəlxalq aviareyslərə qadağa qoyub. Hazırda Gürcüstandan yalnız Berlin, Münhen, Paris, Riqa, Amsterdam, Afina, Varşava, Vilnüs, Dortmund, Doha və Milan şəhərlərinə aviareyslər həyata keçirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]