Gürcüstan və Ermənistan parlamentariləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 9 dekabr, AZƏRTAC
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı regional əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafına yönəlmiş xarici siyasətin perspektivləri diqqət mərkəzində olub.
Şalva Papuaşvili qeyd edib ki, dünyada geosiyasi dəyişikliklər baş verir, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması perspektivləri yaranır.
Tərəflər Cənubi Qafqazdakı mövcud vəziyyəti və regional sülhün perspektivlərini müzakirə ediblər. Sarkis Xandanyan Gürcüstanın regional sülhün təşviqində göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
Görüşdə, həmçinin Ermənistan və Türkiyə arasında davam edən danışıqlar və onların mümkün nəticələri müzakirə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]