Gürcüstanda 3 milyon 177 min 178 seçici var
Tbilisi, 16 avqust, AZƏRTAC
Gürcüstanda bu il keçiriləcək parlament seçkilərində səsvermə hüququ olan əhalinin siyahısı tərtib olunub.
Hazırda ölkə əhalisinin sayı 3 350 054 nəfər, real seçicilərin sayı isə 3 177 178 nəfər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, oktyabrın 31-nə təyin olunmuş seçkilərdə iştirakı nəzərdə tutulmuş 3 177 178 seçicinin 2 956 608 nəfəri elektron şəxsiyyət vəsiqəsi, 220 570 nəfər isə biometrik pasport alıb.
Dəqiqləşdirilmiş seçici siyahıları Gürcüstan Seçki Komissiyasına təqdim edilib.
Bildirilir ki, Gürcüstanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi 2013-cü ildən aparılır. Seçkilər zamanı hər hansı bir saxtakarlığa yol verməmək üçün seçicilərə aid bütün məlumatlar dəqiqləşdirilir və onların fotoşəkilləri ilə birlikdə qeyd olunur.
Ədliyyə Nazirliyi mütəmadi olaraq köhnə şəxsiyyət vəsiqələrinin elektron qaydada yenilənməsini pulsuz təmin edir. Sonuncu dəfə şəxsiyyət vəsiqələrinin yenilənməsi prosesinə 2019-cu il iyulun 1-dən başlanılıb və 2020-ci il noyabrın 1-dək davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]