Gürcüstanda epidemioloji vəziyyət getdikcə gərginləşir
Tbilisi, 6 noyabr, AZƏRTAC
“Gürcüstanda epidemioloji vəziyyət gərginləşib. Ölkədə koronavirusa sutkalıq yoluxma sayının 2 mini ötüb. Buna baxmayaraq, vəziyyət idarə olunandır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, son sutkada COVID-19-a yoluxanların 74 faizi simptomlu xəstələrdir. Məhz bu səbəbdən Gürcüstanda epidemioloji vəziyyət getdikcə çətinləşir.
Baş epidemioloq bir daha əhaliyə və xarici qonaqlara müraciət edərək son dərəcə ehtiyatlı olmağa dəvət edib.
Bildirilir ki, ölkədə koronavirusla mübarizəyə təqaüddə olan həkimlər də cəlb olunacaqlar.
Səhiyyə Nazirliyi bununla bağlı təqaüdçü həkimlərə müraciət edib.
Müvafiq bilik və təcrübəyə malik həkimlərdən ibarət əlavə qüvvələr səfərbər olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]