Gürcüstanda kafe və restoranlar üçün nəzərdə tutulan məhdudiyyətlər ləğv olunur
Tbilisi, 25 may, AZƏRTAC
İyunun 1-dən Gürcüstanda kafe və restoranlar üçün nəzərdə tutulan məhdudiyyətlər ləğv olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurasının nəzdində olan operativ qərargahın rəhbəri Qiorqi Ğibradze məlumat verib.
Onun sözlərinə görə, Koordinasiya Şurasının bugünkü qərarına əsasən, iyunun 1-dən etibarən qida obyektlərinə həftə sonları üçün qoyulan məhdudiyyət tamamilə ləğv ediləcək. Qida obyektləri həftə sonları da qapalı məkanlarda müştəriləri qəbul edə biləcəklər.
Bununla belə, Gürcüstanda toylara tətbiq olunan qadağa və komendant saatı qüvvədə qalır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]