Gürcüstanda koronavirusa yoluxanların sayı 261 mini keçib
Tbilisi, 5 fevral, AZƏRTAC
Gürcüstanda son sutka ərzində 16 min 808 nəfər koronavirusla əlaqədar test olunub. Nəticədə 538 nəfərdə koronavirus təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 261 min 18-ə çatıb.
Son sutka ərzində 498 nəfər bu virusdan müalicə olunub. Ümumiyyətlə COVID-19 virusundan müalicə olunanların sayı 252 min 246 nəfərə çatıb.
Daha 18 nəfər pandemiyanın qurbanı olub və virusdan dünyasını dəyişənlərin ümumi sayı 3258-ə çatıb.
Ölkədə gündəlik yoluxma əhalinin 3,2 faizini təşkil edir. Son bir həftə ərzində bu rəqəm 3,75, 14 gündə isə 4,2 faiz olub.
Hazırda karantin rejimində 430, stasionar nəzarətdə isə 2 341 nəfər saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]