Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb
Tbilisi, 26 may, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutkada ölkədə daha 1051 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. Son 24 saat ərzində 1151 nəfər müalicə olunaraq evə buraxılıb, 28 nəfər isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilir.
Bildirilib ki, bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 340 min 330-a, sağalanların sayı isə 321 928-ə çatıb.
Ölkədə pandemiya qurbanlarının sayı isə 4 min 682-yə çatıb.
Ölkədə gündəlik yoluxma 2,56 faiz, həftəlik yoluxma 3,71 faiz təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]