Gürcüstanda koronavirusa yoluxma və ölüm halları ən çox paytaxt Tbilisidə qeydə alınıb
Tbilisi, 7 noyabr, AZƏRTAC
Gürcüstanda son 24 saat ərzində 2859 nəfərdə koronavirus aşkarlanıb. Bunlarında 1197-si paytaxt Tbilisidə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla əlaqədar yaradılmış Dövlət Qurumlararası Əlaqələndirmə Şurasının qərargah rəisi Aleksandra Xodjevanişvili məlumat verib.
Onun sözlərinə görə, yoluxma sayına görə Acarıstan 620 faktla ikinci, İmereti bölgəsi isə üçüncü yerdədir.
Pandemiya qurbanlarının sayı baxımından da Tbilisi birincidir.
Son sutka ərzində ölkədə 18 nəfər koronavirusun qurbanı olub. Onların da 7-si paytaxt Tbilisidə baş verib.
Qeyd edək ki, hazırda ölkədə pandemiya qurbanlarının sayı 441 nəfər təşkil edir.
Koronavirus xəstələrinin 345-i süni nəfəs aparatına qoşulub.
Hazırda karantin rejimində 3 015, stasionar nəzarətdə 4 670 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 2 599 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]