GÜRCÜSTANDA SAXTA DƏRMAN İSTEHSALÇILARI İFŞA OLUNMUŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın maliyyə polisi saxta dərmanlar hazırlayan qrupun üzvlərini tutmuşdur. Aydın olmuşdur ki, onlar Çiatura şəhər zonasının İtxvisi kəndindəki sexdə kustar üsulla saxta dərmanlar hazırlayaraq, Tbilisidəki apteklərə verirmişlər.
Maliyyə polisi istintaq departamentinin rəisi Levan Mxeidze sexdə gündə 6 min həb istehsal olunduğunu və həmin aqreqatların müsadirə edildiyini bildirmişdir. O, saxta dərman istehsalı ilə məşğul olan 4 nəfərin həbs edildiyini və dərmanların satışını təmin edənlərin yaxalanması istiqamətində iş aparıldığını söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]