Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı 3 minə çatıb
Tbilisi, 6 noyabr, AZƏRTAC
Gürcüstanda son sutka ərazində daha 2775 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 51 min 993-ə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın dövlət qurumlararası koordinasiya şurası aparatının rəhbəri Aleksandr Xodjevanişvili noyabrın 6-da keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 3560 nəfər müalicə olunub, 22 nəfər pandemiyanın qurbanı olub. Koronavirusdan ən çox ölüm paytaxt Tbilisidə qeydə alınıb- 8 nəfər. Ölənlərin 7-si İmeretidə, 6-ı Acarıstanda, 1-i isə Kvemo Kartli-Borçalı bölgəsindədir.
Pandemiya qurbanlarının ümumi sayı 423-ə çatıb.
Yoluxma sayına görə də Tbilisi liderdir. Son 24 saat ərzində paytaxtda 1044 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Acarıstanda 503, İmeretidə 526, Kvemo Kartli-Borçalıda 207, Şidi Kartlidə 177, Quriyada 89, Sameqrelo-Zemo Svanetidə 117 koronavirusa yoluxma qeydə alınıb. Qalan xəstələr isə digər bölgələrdəndir.
Hazırda ölkədə 14 min 525 aktiv koronavirus xəstəsi var.
Karantində 3094 nəfər, özünü təcrid edənlərin ümumi sayı isə 31 min 370 nəfərdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]