Gürcüstanda tüğyan edən meşə yanğınları Qaqra rayonunda evlərə çatıb
Tbilisi, 8 yanvar, AZƏRTAC
Gürcüstan ərazisində yanvarın 4-dən başlayan meşə yanğınlarına qarşı mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, yeni ilin əvvəlindən ölkə üzrə 260-dan çox alov mənbəyi aşkarlanıb. Onlardan 252-si söndürülüb, 4-nün daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Lakin Abxaziya bölgəsindəki Qaqra rayonu ərazisində vəziyyət daha da gərginləşib.
Yanğının vətəndaşların evlərinə keçmə təhlükəsi yaranıb.
Alovun söndürülməsinə yerli sakinlər də cəlb olunublar.
Yerli hakimiyyət nümayəndələri yanğın təhlükəsi ilə üzləşən insanların təxliyəsini istisna etməyiblər.
Yanğın artıq Psou-İnquria magistralını əhatə edib.
Abxaziyanın Qal rayonu ərazisində isə fövqəladə vəziyyət elan olunub.
Bu gündən yanğının söndürülməsinə helikopterlərin də cəlb olunacağı gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]