Gürcüstanda vəziyyət belə davam edərsə pandemiya qurbanlarının sayı artacaq
Tbilisi, 7 noyabr, AZƏRTAC
Əhalinin koronavirusa yoluxmasının qarşısının alınması ilə bağlı tədbirlərə laqeyd münasibəti Gürcüstanda pandemiya qurbanlarının sayını artıracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin sədrinin müavini Paata İmnadze deyib.
Onun sözlərinə görə, koronavirus dünyada olduğu kimi Gürcüstanda da tüğyan edir. Bütün ölkələr bundan əziyyət çəkir.
Koronavirus qurbanlarının sayının artmasından narahat olan P.İmnadze deyib: “İnsanlar həkimlərin məsləhətinə qulaq assalar koronavirusun yayılmasının qarşısını ala bilərik. Lakin tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və digər tövsiyələrə, qadağalara riayət olunmasa daha böyük fəlakətlə üzləşəcəyik. Pandemiya qurbanlarının sayı artacaq”.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma və pandemiya qurbanlarının sayı hər gün artır. Noyabrın 6-da ölkədə yoluxma sayı daha 2775 fakt artaraq 51 min 993-ə yüksəlib. Pandemiya qurbanlarının sayı isə 423-ə çatıb, onlarında 22-si noyabrın 6-da dünyasını dəyişib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]