GÜRCÜSTANDAN RUSİYA HƏRBİ TEXNİKASI YЬKLƏNMİŞ NÖVBƏTİ QATAR YOLA SALINIB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 23-də Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Zalqa rayon mərkəzindən Rusiyanın Axalkalakidəki hərbi bazasından gətirilmiş T-72 tipli 7 tank, 8 zirehli maşın, 2 zirehli transportyor, digər texnika və silah yüklənmiş növbəti eşelon Azərbaycan istiqamətinə yola salınmışdır.
Eşelon Azərbaycan ərazisindən keçməklə Rusiyaya gedəcəkdir.
Bütün ağır texnika Axalkalaki bazasından oktyabrın 15-dək daşınmalıdır.
Xatırladaq ki, bu istiqamətdə Rusiya hərbi bazalarından hərbi sursat dolu ilk eşelon mayın 15-də yola salınmışdır. Növbəti qatarın mayın 30-da göndəriləcəyi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]