Gürcüstanın Baş naziri Türkiyəyə səfər edəcək
Tbilisi, 26 may, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 1-də Türkiyəyə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanın Müstəqillik Günü ilə bağlı İ.Qaribaşviliyə ünvanladığı təbrik məktubunda bildirilib.
Gürcüstan tərəfi səfərin iyunun 1-də başlayacağı barədə məlumat verib.
Türkiyə dövlətinin başçısı bu səfərin ikitərəfli münasibətlər və bölgədəki cari proseslərin müzakirəsi üçün yaxşı imkan yaradacağını qeyd edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Gürcüstan arasında mehriban qonşuluq və strateji əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]