Gürcüstanın dövlət universitetləri xarici tələbələri qəbul etməyəcək
Tbilisi, 4 dekabr, AZƏRTAC
Gürcüstanın dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulu növbəti ildən dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze məlumat verib. Nazir deyib: "Bizi təhsil sahəsində islahatlar həyata keçiririk. Bunlardan biri də ali təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır. Bunun üçün Gürcüstan vətəndaşlarına keyfiyyətli təhsilin verilməsinə diqqət yetirməliyik. Ona görə də dövlət ali məktəblərinə Gürcüstan vətəndaşlarından bir neçə dəfə çox təhsil haqqı ödəyən əcnəbilər qəbul edilməyəcək”. Onun sözlərinə görə, hazırda bəzi dövlət universitetlərində təhsil alan əcnəbi vətəndaşlar həmin ali məktəblərdəki tələbələrin təqribən yarısını təşkil edir. Özəl ali məktəblər isə fəaliyyətlərini adi rejimdə davam etdirərək əcnəbi tələbələri qəbul edəcəklər.
Qeyd edək ki, Gürcüstanda 63 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 19-u dövlət universitetidir. 2024-2025-ci tədris ilində Gürcüstan universitetlərində təhsil alan əcnəbilərin sayı 37 min 125 nəfər təşkil edib. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 6 min 424 nəfər çoxdur.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]