Gürcüstanın milli valyutası kəskin ucuzlaşıb
Tbilisi, 5 noyabr, AZƏRTAC
Gürcüstanın milli valyutası - lari kəskin ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, noyabrın 6-da 1 ABŞ dolları 3 lari 40 tetri müəyyən olunub. Avronun qiyməti isə 4,01 lariyə bərabər olacaq.
Gürcü larisi Azərbaycan manatı qarşısında da dəyərini itirib və 1 AZN 2 lari müəyyən edilib.
Qeyd edək ki, lari oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra daha kəskin surətdə ucuzlaşmağa başlayıb.
Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib ki, son günlər larinin ucuzlaşması ölkədəki siyasi gərginliklə əlaqəlidir. Onun sözlərinə görə, radikalizmlə xarakterizə olunan bugünkü siyasi proseslər milli valyutanın məzənnəsinə təsirsiz ötüşə bilməz.
Nazir hazırkı mərhələdə larinin məzənnəsinin tərəddüd etməsi üçün obyektiv şərtlərin mövcud olmadığını vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]