Haaqada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib
Bakı, 28 fevral, AZƏRTAC
Niderlandın Haaqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın təşəbbüsü ilə Haaqanın mərkəzi küçəsində baş tutan aksiya zamanı “Xocalıya ədalət!” şüarı əks olunmuş poster nümayiş etdirilib. Gənc fəallar yerli sakinlərə Xocalı soyqırımından bəhs edən məlumat vərəqələri paylayıblar.
Tədbir zamanı Niderlandda yaşayan tarzən Cavid Səlimov həzin Azərbaycan musiqiləri ifa edib.
İki saat davam edən aksiyanın məqsədi 30 il öncə Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımına, xalqımızın dünya birliyindən “Xocalıya ədalət!” tələbinə Haaqa sakinlərinin diqqətini cəlb etməkdən ibarət olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]