Hacı Əliyev üçüncü dəfə Avropa çempionu olub
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionu Hacı Əliyev həlledici görüşdə Türkiyə təmsilçisi Selahəttin Kılıçsallayanı 7:0 hesabı ilə məğlub edərək karyerasında üçüncü dəfə Avropa çempionu adına sahib olub.
İlk görüşdə Belarus, daha sonra Ermənistan idmançılarına qalib gələn Hacı Əliyev dörddəbir finalda Rusiya güləşçisini mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb. Bu mərhələdə Moldova nümayəndəsinə heç bir şans verməyən millimizin lideri ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici qarşılaşmada təcrübəsindən, taktika və texnikasından maksimum yararlanan Hacı Əliyev türkiyəli həmkarına göz açmağa imkan verməyib və titulunu qoruyub.
Xatırladaq ki, çempionatda 79 kiloqram çəki dərəcəsində Cəbrayıl Həsənov qızıl medala sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]