Hacıqabulda qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb YENİLƏNİB VİDEO
Hacıqabul, 7 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) bu gün saat 09:40 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin (1 kişi, 1 qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.
11:56
Hacıqabul rayonu ərazisində 3 avtomobil toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. Yol qəzası zamanı "Qazel" markalı yük maşını və KİA markalı iki minik maşını toqquşub. Hadisə nəticəsində xəsarət alan şəxslər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı yoldan çıxan “Qazel”in yük yerində olan iribuynuzlu heyvan isə tələf olub.
Faktla bağlı araşdırma aparılır.