HAMI MDB QURUMLARINI YENİDƏN FORMALAŞDIRMAĞIN ZƏRURİLİYİ İLƏ RAZILAŞIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada MDB-nin üzvü olan dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən və Birliyin yenidən formalaşdırılmasına həsr olunan çoxtərəfli görüşdə prinsipial fikir ayrılığı müşahidə edilməmişdir.
Müzakirələrdən sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Razov jurnalistlərə bildirmişdir ki, görüşdə MDB qurumlarının yenidən formalaşdırılmasına dair Rusiya tərəfinin təklif etdiyi 12 sənəd müzakirə olunmuşdur. Görüşdə konstruktiv söhbət getmiş və MDB qurumlarının yenidən formalaşdırılmasına yanaşmada yüksək fikir birliyi və yekdillik müşahidə edilmişdir.
Diplomatın sözlərinə görə, diskussiyaya səbəb olan məsələlərdən biri Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Birliyin son zirvə görüşündə təklif etdiyi MDB Təhlükəsizlik Şurasının yaradılması ideyasıdır.
MDB dövlət başçılarının növbəti zirvə görüşünü avqustun sonlarında Kazanda keçirmək nəzərdə tutulmuşdur. Birliyin Xarici İşlər Nazirləri Şurasının iclası isə mart ayında Minskdə keçiriləcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]