Hava hücumundan müdafiə bölmələrinin təlim-məşqləri keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Silahlı Qüvvələrin ümumqoşun birlik və birləşmələrinin hava hücumundan müdafiə bölmələrinin planlı təlim-məşqləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, praktiki döyüş atışları ilə icra olunan məşqlərdə şəxsi heyət şərti düşmənin hava hədəflərini aşkarlayaraq onları daşınan zenit-raket komplekslərindən məhv ediblər.