HAVA ŞƏRAİTİ ÜRƏK-DAMAR XƏSTƏLİYİ OLAN İNSANLAR ÜÇÜN RİSKLİ OLACAQDIR
Bakı, 26 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28, gündüz 36-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaqdır.
İyulun 28-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaqdır.
İyulun 29-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28, gündüz 36-39 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında iyulun 27-də hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-26, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə, dağlarda gecə 14-18, gündüz 26-31 dərəcə isti təşkil edəcəkdir.
İyulun 28-29 hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-28, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaqdır.
Yaxın 3 gündə Abşeron yarımadasında güclü isti hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəliyi olan insanlar üçün riskli olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:47]
Lerik-Lənkəran sərhədində zəlzələ olub
- 10.08.2026 [16:00]
Bakıda yağış yağacaq
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]