Hava yağmursuzdur, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində yağıntılar fevralın 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.
Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda, Abşeron yarımadasının bəzi yerlərində 1 millimetr olub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 santimetrə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [12:49]
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq
- 12.02.2026 [12:20]
Dağların qoynunda təbiət incisi - Kükü kəndi VİDEO
- 12.02.2026 [12:00]
Dahi bəstəkara bir addım yaxın: Üzeyir Hacıbəylinin ev-muzeyi VİDEO
- 12.02.2026 [10:18]
Bolqarıstanda “Şuşa” parkı salınacaq
- 11.02.2026 [21:04]
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
- 11.02.2026 [18:50]