HƏR İL 116 MİN KÖRPƏ DÜNYAYA GƏLİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, son 5 il ərzində ölkədə hər il orta hesabla 116 min körpə və ya hər gün təxminən 318 kiçik vətəndaş dünyaya gəlir. Son məlumatlara əsasən, ölkədə doğum səviyyəsi əhalinin hər min nəfəri hesabı ilə 14 nəfər təşkil etmişdir. Bir yaşadək 1,4 min uşaq (0,8 min oğlan, 0,6 min qız) və ya doğulan min nəfərdən 13-ü ölmuşdur.
Doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşması nəticəsində 22 qadın vəfat etmişdir.