HƏR MİN KİŞİYƏ 1039 QADIN DÜŞÜR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, son məlumata görə, ölkə əhalisinin 4 milyon 23 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 179 min nəfəri və ya 51 faizi qadınlardır. Hazırda hər min kişiyə 1039 qadın düşür.
Respublikada hər il orta hesabla təxminən 44 min nikah bağlanır və 6 min nikah pozulur. Əhalinin son siyahıyaalınmasına görə, 16 və yuxarı yaşda təqribən 1 milyon 746 min və ya 43 faiz qadın nikahda olmuşdur.