Hərbi ekspert: Ermənistan işğala son qoymadıqca cəbhədəki itkiləri daha da artacaq
Bakı, 18 yanvar, AZƏRTAC
Ermənistan işğala son qoymadıqca cəbhədəki itkiləri daha da artacaq.
Bu fikri hərbi ekspert, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev cəbhə xəttində Ermənistan ordusunun itkiləri barədə məlumatları AZƏRTAC-a şərh edərkən bildirib.
Ermənistan mətbuatının qısa müddətdə cəbhə xəttində ermənilərin üç hərbçini itirməsi barədə məlumat yaydığını vurğulayan M.Hadıyev qeyd edib: “Həmişə olduğu kimi, Azərbaycan Ordusu yenə də təxribat törədən düşmənə layiqli cavab verərək onu itkilərə məruz qoyub. Ermənilər anlamalıdırlar ki, bu vəziyyət torpaqlarımızın işğalına son qoyulanadək və təxribatlar törədildiyi müddətdə davam edəcək. Artıq biz bunun şahidiyik və Ordumuza güvənirik. Ermənilər şübhə etməsinlər ki, hər bir əsgərimizin qisası tezliklə və artıqlaması ilə alınacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:21]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:08]