HƏRBİ ƏSİRLƏR ERMƏNİSTANA TƏHVİL VERİLMİŞDİR
AZƏRTAC Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, 2004-cü ildə müxtəlif vaxtlarda cəbhə bölgəsində saxlanılan 4 erməni hərbi əsir bu il yanvarın 28-də Azərbaycanın Qazax rayonunun Balacəfərli kəndi ilə Ermənistanın İcevan rayonu arasındakı sərhəddə qarşı tərəfə təhvil verilmişdir. Əsirlər Aristokes Martrasyan, Harut Azaryan, Yeqiya Qulyan və Gevoq Xilqatiyan bildirmişlər ki, onlar Dağlıq Qarabağda hərbi xidmət keçirlər və işğal olunmuş Azərbaycan ərazilərinə Ermənistan Respublikasından zorla göndərilirlər. Ermənistan silahlı qüvvələrində və işğal edilən ərazilərdə yerləşən hərbi hissələrdə nizam-intizamın zəif olması, məişət şəraitinin ağırlığı, erməni komandirlərinin kobud rəftarı, eləcə də Azərbaycanın öz torpaqlarını mütləq azad edəcəyinin dərk edilməsi bütün erməni əsgərlərini bezdirmişdir. Pulu olanların övladları Dağlıq Qarabağa göndərilmir. Buna görə də biz və digər gənclər hərbi xidmətdən imtina edir, çağırışdan yayınmağa çalışırıq. Hərbi əsirlər Azərbaycanda olarkən onlara heç bir təzyiq göstərilmədiyini, normal şəraitdə qaldıqlarını söyləmişlər. Əsirlərin sağlamlığını yoxlayan erməni həkimlər də bu faktı təsdiqləmişlər.
Bununla da Azərbaycan beynəlxalq hüquq normalara sadiq qaldığını dünya ictimaiyyətinə və düşmənlərinə bir daha sübut etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]