Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsində üçüncü gün uğurla başa çatıb VİDEO

Bakı, 8 sentyabr, AZƏRTAC

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində üçüncü gün üçün nəzərdə tutulan tədbirlər gənc vətənpərvərlərin fiziki hazırlığı üzrə məqbulların qəbul edilməsi ilə başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi təşviqat dəstəsinin səsləndirdiyi “Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının sədaları altında düşərgə iştirakçıları təlim mərkəzinə yola düşüblər.

Son günlər intensivləşən güclü yağışların yaratdığı fəsadların, dağıntıların hərbçi mühəndislər tərəfindən dərhal aradan qaldırılması nəticəsində şəxsi heyət maneəsiz və vaxtında təlim mərkəzinə çatıblar.

Təlim mərkəzində hərbi birlik komandirinin müavini, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun rəhbərlik etdiyi peşəkar hərbçilər qrupu gənc vətənpərvərləri qarşılayıb. Milli Qəhrəman Şükür Həmidov dünya hərb tarixində Azərbaycan tankçılarının yeri barədə danışıb. Böyük Vətən müharibəsinin qəhrəmanı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun davamçıları olan Azərbaycan Ordusu tankçılarının Qarabağ müharibəsində göstərdikləri igidliklərdən, eləcə də Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank Biatlonu”nda qazandığı uğurlardan söhbət açıb, Lələtəpə zirvəsinin alınmasında tankçıların müstəsna xidmətlərini qeyd edib.

Tankların sürülmə məkanında (tankadrom) zirehli texnikaların sürülmə əsasları, üsul və qaydaları, sürmə zamanı yerinə yetiriləcək tapşırıqlar, şəxsi heyətin qiymətləndirilməsi, marşrut boyu maneələri dəfetmə qaydaları izah olunub. Bölmə tərkibində tankların sürülməsi üzrə nümunəvi məşğələlər aparılıb. Tank atış sahəsində praktiki atışın yerinə yetirilməsi nümayiş olunub. Silahların taktiki-texniki xüsusiyyətləri, atışın əsasları, çevik şəkildə atəş sahəsində kəşf edilmiş hədəflərin dərhal məhvetmə qaydaları, atəşin idarə edilməsi üsulları, bölmənin qiymətləndirilmə qaydaları bir daha nəzərə çatdırılıb.

Bölük tərkibində atıcı silahlardan praktiki atışın yerinə yetirilməsi, eyni zamanda, tədris nöqtələrində atəş hazırlığı üzrə normativlərin rəhbərlik tərəfindən öyrədilməsi və icrası təmin olunub.

Azərbaycan Ordusu üzrə keçirilən “Ən yaxşı tank bölüyü” adına layiq görülmüş bölüyün əsgər və zabitləri gənc vətənpərvərləri öz nümunəvi çıxışları ilə heyrətləndiriblər. Təlim mərkəzində əsl döyüş əhval-ruhiyyəsi yaşanıb.

Mayor Elvin Həsənov, leytenant Elvin Əlimov, gizir Ramin Vəliyev, kiçik çavuş Ceyhun Rüstəmov və başqaları gənclərin suallarını cavablandırıblar.

Fasilə zamanı Qarabağ qazisi, ehtiyatda olan baş leytenant Nəbi Şükürovla görüş olub. İgid kəşfiyyatçının xüsusi tapşırığı yerinə yetirərkən qarşılaşdığı dəhşətlər, onun bütün maneələri mərdliklə dəf etməsi, ekstremal vəziyyətlərdən uğurla çıxması, ağır yaralanarkən yoldaşları tərəfindən atəşlər altında təcili təxliyyə edilərək vertolyotla paytaxta aparılması və hərbi həkimlərimizin səyi nəticəsində yenidən həyata qaytarılması barədə söhbətlər, xatirələr hamıda böyük maraq oyadıb.

Yeni nəsil silahları, döyüş texnikaları, optik cihazlar və digər hərbi təyinatlı avadanlıqların nümayiş olunduğu sərgidə 100-dən çox döyüş texnikaları, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri, artilleriya silah və texnikaları, mühəndis silahlandırma vasitələri, rabitə avadanlıqları, tibb təxliyə zirehli avtomobilləri, silah və cihazları nümayiş olunub.

Beynəlxalq Ordu Oyunlarından yenicə qayıtmış “Tank biatlonu”nun iştirakçıları olan Kamran Bayramov, Məftun İbrahimov, Umar Omarovun gənc vətənpərvərlərlə görüşü unudulmaz hadisəyə çevrilib.

Düşərgə iştirakçıları Haramı düzündə inşa edilən hərbi şəhərciklə tanış olub, hərbi xidmət üçün yaradılan ən müasir şəraiti yüksək dəyərləndiriblər.

Gənc vətənpərvərlər əsgərlərlə birlikdə nahar etdikdən sonra atəş hazırlığı məşğələləri keçirilib. Təhlükəsizlik qaydaları çatdırılıb, atıcı silahların natamam sökülüb-yığılması yarışları keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşü açan Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani rayonun tarixi, erməni təcavüzkarları ilə mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəmanları və rayon əhalisinin bu gün də doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini vurğulayıb.

Abdulla Qurbani xocavəndlilərin bölgədəki hərbi hissələrin şəxsi heyətləri ilə daim əlaqə saxladıqlarını, burada ordu ilə xalqın sağlam mənəvi birliyinin yarandığını qeyd edərək deyib ki, ordu ilə xalqın birliyi həm ordunun gücünü artırır, həm də xalqı, dövləti daha da qüdrətli edir.

“Xocavənd şəhidləri” abidəsi ziyarət olunub, qarşısına qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib və gənc vətənpərvərlər, eləcə də, ön səngərlərdən gələn əsgərlər Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların qisasını alacaqlarına and içiblər.

Xatirə mitinqində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov, polkovnik Elşad Əbilov, şəhid Sənan Quliyevin babası Əliqəmə Quliyev və xocavəndli gənclərdən Ləman Əliyeva, Günay Fərəcova, Muradxan Məhərrəmov, Səma Şükürova, gənc vətənpərvərlər adından Böyükxanım Babayeva və başqaları çıxış edərək Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını bildirib və düşərgənin təşkilində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Müdafiə Nazirliyinin təşəbbüslərini yüksək qiymətləndiriblər.

“Hər əmrinə hazırıq, cənab Ali Baş Komandan!” marşının sədaları altında gənc vətənpərvərlər xocavəndlilərlə görüş tədbirindən xoş təəssüratlarla ayrılıblar.

Şam yeməyindən sonra əl qumbaralarının dəqiqliklə atılması üzrə komandalar yarışıb.

Havanın tez-tez dəyişməsi, yağış yağmasına baxmayaraq gün ərzində keçirilən yarış və müsabiqələrdə bütün komandalar qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələrək yüksək nəticələr əldə ediblər.

Fərdi yarışlarda Hümbət Qafarlı (Bakı Mühəndislik Universiteti), Meyfalı Qazıyev (Azərbaycan Neft Akademiyası), Yaşar Əliyev (Bakı Mühəndislik İnstitutu), Əli Qurbanov (Mingəçevir regional “ASAN xidmət” mərkəzi), Babakişi Babayev (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Yaşar Qasımov (Mingəçevir Dövlət Universiteti), Əli Qəribov (Azərbaycan Dövlət İqtisad Universiteti) və başqaları xüsusilə fərqləniblər.

Günün qalibləri sırasında Quba rayonundan olan “Asan” könüllüsü Rəşad Atakişiyevin (Azərbaycan Dövlət Texniki Universiteti) adı çəkiləndə alqış sədaları sıra meydanını bürüyüb. Polkovnik Abdulla Qurbani - “Qoy düşmənlər sevinməsinlər ki, Azərbaycanın peşəkar pilotu polkovnik Rəşad Atakişiyev təlim-məşq uçuşu zamanı həlak olub. Xalqımızın yüzlərlə, minlərlə Rəşadları var”, - deyə düşmənlərə qarşı qəzəb və nifrət hissini gizlətməyib.

“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları növbəti gün üçün hazırlıq işlərinə başlayıblar.

“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsində üçüncü gün uğurla başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO