Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həvəskar rəssam Rövşən Şirinovun tablolara köçürdüyü təbiət və həyat lövhələri VİDEO

Qax, 8 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Həvəskar rəssam Rövşən Şirinov Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunun Ləkit kəndində yaşayır. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, üç tərəfdən dağlarla əhatələnən bu qədim kənd əsrarəngiz təbiəti, “Mamırlı” şəlaləsi, həmçinin qədim tarixi abidələri ilə məşhurdur. Kəndin yaxınlığında yerləşən V əsrə aid alban məbədinin qalıqları Azərbaycanın dünya əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilib.

AZƏRTAC-ın müxbiri Ləkit kəndində həvəskar rəssam Rövşən Şirinovla görüşüb, yaradıcılığı ilə, onu bu sənətə bağlayan tellərlə maraqlanıb. Evinin bir otağını emalatxanaya çevirən Rövşən 1962-ci ildə bu kənddə doğulub. Uşaq yaşlarından rəssamlığa böyük marağı olub. Hələ məktəbdə oxuyarkən dərs zamanı kağız üzərində müxtəlif şəkillər çəkərmiş.

Həmsöhbətimiz bildirir ki, məktəb illərində saatlarla məşhur rəssamların əsərlərinə həsədlə baxar və öz üzərində işləyərdi. Rəssamlıq sahəsi üzrə təhsil almaq arzusunda olsa da, valideynləri onunla razılaşmır və Rövşəni kənd təsərrüfatı sahəsinə yönəldirlər.

O, həmin illər bir müddət kolxozda briqadir vəzifəsində çalışır, kənd təsərrüfatı işləri ilə məşğul olur. Daha sonra 7 il kənd bələdiyyəsinə sədrlik edir. Lakin rəssamlığa olan böyük həvəsi onu yenidən uşaqlıq arzularını reallaşdırmağa istiqamətləndirir.

Rövşən 2000-ci illərin əvvəllərindən rəssamlıqla müntəzəm şəkildə məşğul olmağa başlayır. O, daha çox mənzərə janrına üstünlük verir. Doğulduğu Ləkit kəndinin bənzərsiz təbiət gözəllikləri, kənd mühiti, əmək adamları onun rəngkarlıq əsərlərinin əsas mövzusunu təşkil edir. Rəssam kənd mövzusunda bir sıra maraqlı əsərlər yaradır, doğma diyara olan sevgisini tablolara köçürür. Mənzərə janrında çəkən məşhur rus rəssamları Şişkinin, Ayvazovskinin əsərlərini çox xoşlayır. Bu rəssamların əsərlərinin onun yaradıcılığına böyük təsiri olub. Azərbaycan rəssamlarından isə Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin əsərlərini bəyənir.

Həmsöhbətimiz bildirib ki, ilk vaxtlar yalnız xəyalında canlandırdığı mövzuları kətan üzərinə köçürərmiş. Lakin peşəkar rəssamlar ona mövzuları xəyali deyil, canlı təbiətdən götürməyi məsləhət görürlər. Rövşən bu məsləhətə qulaq asır, çəkdiyi rəsmləri Bakıya apararaq tanınmış rəssamlara göstərir, onlardan məsləhətlər alır.

Rövşən Şirinov bir müddət Bakıda yaşasa da, şəhər mühitinə alışa bilmir, yenidən doğma kəndinə qayıdır. “Mənim yerim kənddir. Təbiət qoynunda olmağı xoşlayıram. Doğma yurdumun gözəlliklərindən zövq alıram”,- deyə bildirir.

Onun əsərlərində Vətən sevgisi, doğulub boya-başa çatdığı diyara, torpağa, tarixi keçmişimizə bağlılıq xüsusilə qabarıq şəkildə özünü büruzə verir. Ləkit kəndindəki qədim alban abidələri, İlisu kəndindəki Sumuq qala, Ulu körpü və digər memarlıq abidələri, qədim yaşayış məhəllələri, Qaxın əsrarəngiz təbiət gözəllikləri Rövşənin əsərlərinin əsas mövzusunu, süjet xəttini təşkil edir.

Rəssam əsərlərində qırmızı, yaşıl və mavi rənglərin çalarlarına üstünlük verir, qara rəngdən çox az istifadə edir. O, indiyədək müxtəlif janrlarda 300-dən çox rəngkarlıq əsəri yaradıb, 5 dəfə fərdi sərgisi açılıb. Bu sərgilərdən 3-ü Qax rayonunda, biri 2010-cu ildə İranda, digəri isə 2012-ci ildə Bakıda Xətai Sənət Mərkəzində təşkil edilib.

Həmsöhbətimiz deyir ki, bu sənət onun üçün həm sevdiyi peşə, həm də qazanc mənbəyidir. Çəkdiyi mənzərə rəsmləri həvəslə alınır, bəzən sifarişlər də olur. Tabloların qiyməti 150-200 manat arasındadır. Rəssam deyir: “Bu sənətlə yenicə məşğul olduğum zaman tanış bir rəssam məndən soruşdu ki, rəsmləri nə məqsədlə çəkirsən, satmaq, yoxsa öyrənmək üçün? Dedim ki, ilk növbədə, rəssamlığın sirlərinə yiyələnmək istəyirəm. Dedi ki, satmaq üçün çəkirsənsə, səndən rəssam olmayacaq. Çünki rəsmlərin satılmasa, həvəsdən düşəcəksən. Öyrənmək üçün çəkirsənsə, səndən sənətkar olacaq. Bu sözləri hər zaman xatırlayıram”.

Onun əsərlərinin bir qismi hazırda Qax şəhərinin qədim tarixi məhəlləsi - “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində fəaliyyət göstərən tətbiqi sənət otağında nümayiş etdirilir. Mərkəz hazırda yerli və xarici turistlərin ən çox üz tutduqları məkanlardan biridir.

Övladlarından kiçik oğlu Azərin rəssamlıq qabiliyyəti olsa da, iqtisadiyyat sahəsini seçib və Türkiyədə ali təhsil alır.

Rövşən Şirinov hazırda doğma kəndində təsərrüfat işləri ilə məşğul olur, əkir, becərir. Lakin bir an belə olsa, rəssamlıqdan ayrılmır, yeni-yeni əsərlər yaradır.

Həvəskar rəssam Rövşən Şirinovun tablolara köçürdüyü təbiət və həyat lövhələri VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq