Heydər Əliyev adına Bakı neft emalı zavodunda ekoloji monitorinq aparılmışdır
Bakı, 12 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsi tərəfindən Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) ekoloji monitorinq aparılmışdır.
AZƏRTAC xəbər verir ki, mütəxəssislər tərəfindən müəssisədə ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin və normativ sənədlərin tələblərinə əsasən neft-qaz hasilatının və emalının təmizləyici sisteminin, qurğu və avadanlıqlarının vəziyyəti, su hövzələrinin qorunması, tullantı sularının idarə olunması, eyni zamanda, yaşıllaşdırma işinin aparılması və başqa istiqamətdə nəzarət həyata keçirilmişdir.
Aparılan monitorinqlər nəticəsində məlum olmuşdur ki, BNEZ-in texnoloji qurğularında, əmtəə parklarında yaranan sənaye çirkab suları və yağış suları kanalizasiya kollektorları ilə mexaniki təmizləyici qurğulara daxil olur. Burada həmin sular qumdan, gildən, mexaniki qarışıqlardan və neftdən təmizləndikdən sonra Zığ sahəsində yerləşən bioloji təmizləyici qurğuya ötürülür.
Zavodun texnoloji sahələrində tətbiq edilmiş yeni texnika və texnologiyalar çirkab suların həm miqdarının azalmasına, həm də çirklənmə dərəcəsinin minimuma endirilməsinə imkan yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]