Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə tələbələr üçün yay məktəbi təşkil edilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Heydər Əliyev Fondunun dəstəyi ilə “Təmiz Şəhər” ASC Mingəçevirdə tələbələr üçün yay məktəbi təşkil etmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 50 tələbənin qatıldığı “Təmiz şəhər naminə” yay məktəbi təlim-tədris və mədəni-idman hissələrindən ibarət olacaqdır.
Birinci hissədə ekologiya və tullantıların idarə olunması ilə bağlı mütəxəssislər mühazirə oxuyacaqlar. Eyni zamanda, ətraf mühitin mühafizəsi və “yaşıl düşüncə” üzrə maarifləndirici sessiyalar, natiqlik və debat formatı üzrə təcrübi kurslar keçiriləcəkdir.
Məktəbin mədəni-idman hissəsində isə müxtəlif intellektual və idman oyunları təşkil olunacaqdır.
İyulun 15-dək davam edəcək yay məktəbinə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi təşkilati dəstək göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]