“Heydər Əliyev İli” çərçivəsində Tərtərdə 4 mindən çox gül və çiçək kolu əkilib
Tərtər, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlər planına uyğun olaraq Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında və Bayraq Meydanında 4 mindən artıq gül və çiçək kolları əkilib. Gül və çiçək kolları əkilən ərazilərdə əvvəlcə təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb.