“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 16 may, AZƏRTAC
MDB PAA DİMBİ Bakı filialının ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil etdiyi “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Filialın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olub.
Müsabiqə işlərinin qiymətləndirilməsindən sonra birinci, ikinci və üçüncü yerləri tutan qaliblər müəyyən edilib, onlara və fərqlənən daha iki iştirakçıya diplom, hədiyyələr təqdim olunub.