İDMAN
HİNDİSTAN 2016-CI İLİN YAY OLİMPİYA OYUNLARINI KEÇİRMƏK UĞRUNDA MÜBARİZƏYƏ QOŞULMUŞDUR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı məlumata görə, Hindistan Olimpiya Komitəsinin nümayəndələri hesab edirlər ki, 2010-cu ildə ölkədə keçiriləcək Xoşməramlı oyunların təcrübəsi planetin başlıca idman tədbirinin təşkilində onlara kömək edə bilər. Güman edildiyinə görə, Nyu-Dehli Olimpiadanın paytaxtı adına namizəd olacaqdır.
Xatırladaq ki, 2016-cı ilin yay Olimpiya oyunlarını keçirmək üçün, Hindistan paytaxtından başqa, Brüssel (Belçika), Kiyev (Ukrayna), Pusan (Cənubi Koreya) və Praqa (Çexiya) da öz namizədliklərini irəli sürmüşdür.