Hindistan nümayəndəsi: WUF13 müxtəlif ölkələrin təcrübələrinin paylaşılması baxımından böyük əhəmiyyət daşıyır VİDEO
Bakı, 18 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mənzil və şəhər infrastrukturu sahəsində təcrübə mübadiləsi üçün mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında Hindistanın dövlət şirkəti olan "Housing and Urban Development Corporation Limited"in sədri və idarəedici direktoru Sanjay Kulshrestha deyib.
O bildirib ki, tədbir müxtəlif ölkələrin mənzil siyasəti və şəhər inkişafı sahəsində təcrübələrinin paylaşılması baxımından böyük əhəmiyyət daşıyır.
Hindistan nümayəndəsi “Ağıllı şəhər” konsepsiyasının müasir dövrdə xüsusi önəm daşıdığını da qeyd edib və Bakının inkişaf səviyyəsini yüksək qiymətləndirib.
Müxbir - Göyçək Mahmudlu