Hindistanda seçkilərdə qalib gələn alyans Modini lider seçib
Bakı, 7 iyun, AZƏRTAC
Hindistanda keçirilən parlament seçkilərində qalib gələn Milli Demokratik Alyans Narendra Modini lider seçib. Müvafiq qərar koalisiyanın iclasında qəbul edilib.
AZƏRTAC xəbər verir ki, alyansa daxil olan partiyaların rəhbərləri çıxışlarında ölkənin son on ildə əldə etdiyi nailiyyətləri və Modinin respublikanın inkişafına verdiyi töhfələri qeyd ediblər.
Narendra Modi ölkədə keçirilən ümumi parlament seçkilərindən sonra yeni kabineti formalaşdırmaq üçün Baş nazir vəzifəsindən istefa verib. Seçkilərdən sonra Hindistan Prezidenti Draupadi Murmu qalib gələn koalisiyanın liderinə hökuməti formalaşdırmağı həvalə etməlidir.
Modi iyunun 8-də Baş nazir andı içməyi planlaşdırsa da, davam edən koalisiya danışıqları səbəbindən mərasim iyunun 9-na təxirə salınıb. Hindistana qonşu olan Cənubi Asiya ölkələrinin liderləri - Şri-Lanka prezidenti, həmçinin Nepal və Banqladeşin Baş nazirləri mərasimə dəvət alıblar.
Xatırladaq ki, aprelin 19-dan iyunun 4-dək Hindistanda parlament seçkiləri keçirilib. Seçkilərdə qalib gələn Milli Demokratik Alyans səsvermənin nəticələrinə əsasən, parlamentin aşağı palatasındakı 543 yerdən 293-nə sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]