Hindistanda torpaq sürüşməsi nəticəsində 41 nəfər həlak olub
Bakı, 30 iyul, AZƏRTAC
Hindistanın cənubundakı Kerala ştatında torpaq sürüşməsi nəticəsində 41 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli Asianet portalı məlumat yayıb.
Ştatın səhiyyə nazirinin jurnalistlərə verdiyi məlumata görə, hadisə baş verən ərazidəki körpünün dağılması xilasedicilərin işini çətinləşdirib. Nazir qeyd edib ki, polis və mülki müdafiə bölmələri artıq bölgədədir və yaxın vaxtlarda dəniz qüvvələrinin bir qrupu da oraya gələcək.
Torpaq sürüşməsi Kerala əyalətinin şimal-şərqindəki dağlıq ərazilərdə baş verib. Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur. Bu səbəbdən ölən və yaralananların sayının arta biləcəyi istisna edilmir. Hadisə yerində xilasedicilərə hərbçilər də qoşulub və oraya üç helikopter göndərilib.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və pul təzminatını açıqlayıb. Ölənlərin yaxınlarına 200 min hind rupisi (təxminən 2,4 min dollar), yaralılara isə 50 min rupi (təxminən 600 dollar) veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]