Hindistanda yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölüb, 13 nəfər xəsarət alıb
Pekin, 1 fevral, AZƏRTAC
Hindistanın Odişa ştatında sərnişin daşıyan pikap tipli avtomobilin yol kənarındakı ağaca çırpılaraq aşması nəticəsində azı 9 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə Korapur rayonunda baş verib. Polisin məlumatına əsasən, ölənlərin hamısı qadındır. Onlar qonşu Çattisqarh ştatından qohumlarının dəfn mərasiminə gəldikləri bildirilir. Yaralılar yaxınlıqda yaşayan sakinlərin köməyi ilə xəstəxanalara çatdırılıblar.
İlkin ehtimala əsasən, avtomobilin həmin yol üçün müəyyənləşdirilmiş sürət həddini keçməsi və nəticədə sürücünün idarəetməni itirməsi qəzaya səbəb olub.
Qeyd edək ki, Hindistanın Yol Nəqliyyatı və Magistral Yollar Nazirliyinin statistikasına əsasən, ölkədə yol-nəqliyyat hadisələri nəticəsində hər gün orta hesabla 415 nəfər ölür. Qəzalar daha çox avtomobillərə normadan artıq sərnişin minməsindən, yolların pis vəziyyətindən və sürücülərin nəqliyyat vasitələrini təhlükəli idarə etməsindən qaynaqlanır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]