Hindistanın Bakıdakı səfirliyi Beynəlxalq Yoqa Günü münasibətilə iki fərqli müsabiqə elan edib
Bakı, 21 may, AZƏRTAC
Hindistanın Azərbaycandakı səfirliyi Beynəlxalq Yoqa Günü münasibətilə 3 müxtəlif yaş qrupu üzrə 2 fərqli müsabiqə elan edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, “Yoga Contest” adlanan birinci müsabiqənin şərtlərinə görə 1 dəqiqəlik yoqa videoçarxını çəkib [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.
Müsabiqədə seçilən ən yaxşı 3 videoçarx mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək üçün son tarix iyunun 18-dir.
“Yoga Poster Contest” adlanan ikinci müsabiqədə iştirakçı öz yoqa şəklini çəkib [email protected] elektron poçt ünvanına göndərməlidir. Müsabiqədə seçilən ən yaxşı 3 şəkil mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək üçün son tarix iyunun 18-dir.